İyul 17, 2019 18:23 Asia/Baku
  • Ərbildə üç türk diplomat öldürülüb
    Ərbildə üç türk diplomat öldürülüb

İraqın şimalındakı Ərbil şəhərində yerləşən bir restoranda Türkiyə konsulluğunun işçilərinə qarşı atışmada Türkiyə baş konsulunun müavini daxil olmaqla üç nəfər ölüb.

Bu gün baş vermiş bu hücumda Türkiyənin Ərbildəki baş konsulu müavininin üç cangüdəni də yaralanıbdır. Bəzi medialar, o cümlədən ərəbcə Skay-Nyus telekanalı bugünkü hücumda üç türk diplomatın öldürülməsindən xəbər veriblər.

Hələ bir şəxs və ya qrup bu hücumun məsuliyyətini üzərinə götürməyibdir, amma bölgədəki bəzi mediaların məlumatlarına görə, PKK üzvləri bu hücumun amilləri olublar.

Bugünkü hücumun ardınca Ərbil polisi bu şəhərdəki bir çox yoxlama-buraxılış məntəqəsinə nəzarəti gücləndiribdir ki, hücumçuların qaçmalarına mane olmuş olsun.