İyul 17, 2019 19:13 Asia/Baku
  • Moqerini nüvə anlaşmasının qorunmasının Avropa üçün olan önəmini vurğulayıb
    Moqerini nüvə anlaşmasının qorunmasının Avropa üçün olan önəmini vurğulayıb

Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini bir daha vurğulayıb ki, nüvə anlaşmasının qorunması Avropanın təhlükəsizliyi üçün mühümdür.

Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini Avropa Parlamentindəki çıxışında deyib: Nüvə anlaşmasının qorunması hər şeydən qabaq Avropanın və dünyanın təhlükəsizlik maraqları üçün önəmlidir, zira Fars Körfəzi bölgəsindəki hər cür səbatszılıq Avropanı da təsir altına alacaqdır.

Moqerini əlavə edib: Hətta İranla nüvə anlaşmasına çox bədbin olan kəslər belə, bu gün dərk ediblər ki, bu gün bu anlaşma olmadan şərait daha da pisləşəcəkdir. Elə buna görədir ki, Amerikanın bu anlaşmadan çıxdığı zamandan bəri Avropa onun qorunması üçün əlindən gələni edir.

Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi İranın nüvə anlaşması çərçivəsində öhdəliklərini azaltmaq üzrə son hərəkətlərinə işarə edərək, deyib: Brüssel Amerikanın birtərəfli sanksiyalarının nəticələrini azaltmaq üzrə səylərini gücləndiribdir.

Avropa Birliyinin bu rəsmisi vurğulayıb: Nüvə anlaşması iki və hətta çoxtərəfli bir anlaşma deyil, əksəriyyət səslə qəbul olunmuş BMT Təhlükəsizlik Şurasının qətnaməsidir və onun qorunması beynəlxalq məsuliyyətə malikdir.

Teqlər