İyul 25, 2019 08:04 Asia/Baku
  • Nigeriyada altı şəhidin dəfn mərasimi keçirilib
    Nigeriyada altı şəhidin dəfn mərasimi keçirilib

Nigeriyalı hərbçilərin bu ölkənin paytaxtı Abucada Nigeriya islami hərəkatının rəhbəri Şeyx İbrahim Zəkzakinin tərəfdarlarına qarşı son hücumunun şəhidlərindən altı nəfərin dəfn mərasimi keçirilib.

Nigeriya xalqı bu dəfn mərasimində Şeyx Zəkzakinin azad edilməsini istəyibdir.

Nigeriya hərbçiləri bazar ertəsi günü bu ölkənin paytaxtı Abucada keçirilən Şeyx Zəkzaki ilə həmrəylik aksiyasının iştirakçılarına divan tutublar. Bu zaman on bir nəfər şəhid olub, otuz nəfər də yaralanıbdır.

Şeyx İbrahim Zəkzaki və onun həyat yoldaşı 2015-ci il dekabrın 13-də Nigeriya hərbçilərinin Zaria şəhərindəki hüseyniyyəyə basqını zamanı həbs olunublar.

Nigeriyanın ordu qüvvələri Şeyx Zəkzakinin həbs olunduğu gün hüseyniyyə və onun mənzili qarşısına toplaşmış aksiyaçlara tərəf atəş açaraq, Şeyx Zəkzakinin üç övladı daxil olmaqla yüzlərlə nəfəri şəhid ediblər.

Nigeriya ali məhkəməsi 2016-cı ilin dekabrında Şeyx Zəkzakinin tez bir zamanda azad edilməsi haqda hökm çıxardı və bu ölkənin ordusu və təhlükəsizlik təşkilatlarını onun ailəsinə 150 min dollar kompensasiya ödəməyə məhkum etdi, amma ordu və bu təşkilatlar həmin hökmü icra etməkdən imtina edərək, Şeyx Zəkzakini həbsdə saxlamaqda davam edirlər.

Nigeriya islami hərəkatının rəhbərinə yaxın mənbələr bildiriblər ki, Şeyx Zəkzakinin səhhəti ağırdır, buna görə, tez bir zamanda azad edilməlidir.

Nigeriya islami hərəkatı da son zamanlar bildiribdir ki, Şeyx Zəkzaki bu ölkənin hökuməti tərəfindən zindanda zəhərləndirilibdir.

Teqlər