İyul 27, 2019 19:14 Asia/Baku
  • Tramp və Foks-Nyus-un bir rəy sorğusu üstündə mübahisəsi
    Tramp və Foks-Nyus-un bir rəy sorğusu üstündə mübahisəsi

Foks-Nyus telekanalının rəy sorğusu və ABŞ prezidentinin hipotetik seçkilərdəki məğlubiyyəti onun sevimli kanalı olan Foks-Nyus daxil olmaqla informasiya kanalları ilə mübasisinə səbəb olubdur.

Foks-Nyus-un rəy sorğusu Trampın amerikalı medialar, o sıradan onun sevimli kanalı olan Foks-Nyus-la mübahisə mövzusu olubdur. Qeyd edək ki, işarə olunan rəy sorğusunda Amerikanın sabiq vitse-prezidenti Co Bayden hipotetik seçkilərdə on faiz fərqlə bu ölkənin hazırkı prezidenti Donald Trampı məğlub edə bilibdir.

Bir neçə ardıcıl twitter-də Foks-Nyus-u qamçılayan Donald Tramp bu rəy sorğusunu dəhşətli bir rəy sorğusu kimi yad edərək, onu dəyərsiz adlandırıbdır.

Bu rəy sorğusuna əsasən, Tramp on faizlə Baydenə, altı faiz ilə isə senator Berni Sendersə məğlub olur, lakin Elizabet Varen və Kamella Heris kimi digər demokrat namizədlərdən yalnız bir faizlə irəli keçir.

Rəy sorğuları göstərir ki, Co Bayden Amerikanın qarşıdakı prezident seçkilərində iştirak edən 24 demokrat namizəddən öndə gedir.

Foks-Nyus-un müxbiri Culiya Bandares də Trampın bu rəy sorğusunu tənqid etməsinə reaksiyada bildiribdir ki, bu rəy sorğusu Amerikada ümumi fikrin əksetdiricisidir.

Teqlər