İyul 28, 2019 14:53 Asia/Baku
  • Rusiyada 1000 qanunsuz aksiyaçı həbs olunub
    Rusiyada 1000 qanunsuz aksiyaçı həbs olunub

Rusiyanın təhlükəsilzik və polis qüvvələri ümumi nizam-intizamı pozan min nəfərdən çox qanunsuz aksiyaçını həbs ediblər.

Rus rəsmilərin sözlərinə görə, bu şəxslər Rusiyanın təhlükəsilzik və polis qüvvələrinin Moskvada qanunsuz aksiyalarda iştirak edənlər və ümumi asayişi pozanlarla qətiyyətli rəftarlarının davamında həbs olunublar.

Rusiya rəsmiləri əlavə ediblər: Şənbə günündən etibarən, təqribən 3500 nəfər Moskva şəhər şurası seçkilərinin ədalətli keçirilməməsi bəhanəsilə aksiya keçirdi. Bu hərəkət hökumət tərəfindən qanunsuz elan olunmuşdu.

Rusiya polisi bir bəyanatda bildirib ki, qanunsuz aksiya gedişində müxtəlif cinayətlərə görə, bütövlükdə 1074 nəfər həbs olunub.

Aksiyaçılar və iğtişaşçılar gücdən istifadə edərək, Moskva meriyasının ofisinə soxulmaq və oranı ələ keçirmək niyyətində olublar, lakin polis qüvvələrinin maneçiliyi ilə üzləşib, sonra da oradan dağılıblar.

Etirazçılar seçkilərin nəticələrinin ləğv olunmasını istəyirdilər.

Bundan öncə Moskva meri Sergey Sobyanin demişdi ki, iğtişaşların təşkili üzrə hər cür cəhd yaxşı nəticələr verməyəcək və şəhərdə hər cür fəaliyyət qanun əsasında olmalıdır.

 

 

Teqlər