İyul 29, 2019 13:02 Asia/Baku
  • Kaliforniyada atışmada üç nəfər ölüb
    Kaliforniyada atışmada üç nəfər ölüb

Amerikanın Kaliforniya ştatında atışma nəticəsində azı üç nəfər həyatını itirib.

Bu atışma bazar günü gecə Amerikanın Kaliforniya ştatında keçirilən "Gilroy" illik yeyinti məhsulları festivalında baş verib. Azı üç nəfər ölüb, on iki nəfər də yaralanıbdır.

Sosial medialarda yayılan filmlər bu atışmanı müşahidə edən insanların dəhşətə gəldiklərini göstərir.

Deyilənlərə görə, bu atışmadan irəli gələn qalmaqal və dəhşət nəticəsində oradakı əhalinin 40 faizindən çoxu da ayaq altında qalaraq, bədən xəsarəti alıbdır.

Amerika daim bu ölkədə silahdaşıma azadlığından mənşə alan bu kimi atışmalar səhnəsidir.

Amerikada silahlı zorakılıqlar üzrə statistika mərkəzinin məlumatına görə, cari ilin əvvəlindən bəri bu ölkədə 31 min 619 atışma halı qeydə alınıbdır ki, onların nəticəsində 8332 nəfər ölüb, 16 min 431 nəfər də yaralnıbdır.

Bu qurbanlardan 368 nəfəri 11 yaşından aşağı uşaqlar və 1703 nəfəri 17 yaşından aşağı yeniyetmələrdir.

Teqlər