İyul 30, 2019 11:21 Asia/Baku
  • Müalicəsinə görə, Zəkzakinin məhkəməsi təxirə salınıb
    Müalicəsinə görə, Zəkzakinin məhkəməsi təxirə salınıb

Nigeriya məhkəməsi Şeyx Zəkzakiyə qarşı hökmü təxirə salaraq, nəhayət bu müsəlman din aliminin müalicə prosesinin izlənilməsi barədə araşdırma aparsın.

Nigeriyada bir məhkəmə bildirib ki, gələn həftə Nigeriya İslami Hərəkatının rəhbəri Şeyx İbrahim Zəkzakinin müalicə üçün xaricə göndərilməsi haqda qərar çıxaracaq.

Şeyx Zəkzakinin vəkili Femi Falana bildiribdir ki, onun və həyat yoldaşının vəziyyəti çox ağırdı və onlar bu səbəbdən, məhkəmə iclasına gələ bilməyiblər.

Belə bir halda, bəzi informasiya mənbələrinin məlumatlarına görə, prokurorlar məhkəmədən istəyiblər ki, Zəkzakinin vəkillərinin onun müalicə üçün xaricə göndərilməsi haqdakı xahişlə müxalifət etsin.

Şeyx İbrahim Zəkzaki və onun həyat yoldaşı 2015-ci il dekabrın 13-də Nigeriya hərbçilərinin Zaria şəhərindəki hüseyniyyəyə basqını zamanı həbs olunublar.

Bu hücumda Nigeriya hərbçiləri yüzlərlə nəfər, o cümlədən Şeyx Zəkzakinin üç oğlunu şəhid ediblər. Şeyx Zəkzakinin özü də ağır şəkildə yaralanıbdır.

 

 

Teqlər