Avq 02, 2019 13:39 Asia/Baku
  • Seul ona qarşı ticarət məhduiyyətlərinə görə, Tokionu tənqid edib

Cənubi Koreyanın prezident administrasiyası bu ölkəyə qarşı ticarət məhduiyyətlərinə görə, Yaponiya hökumətini tənqid edib.

Cənubi Koreyanın prezident administrasiyası bu gün Yaponiya hökumətinin yapon məhsulların Seula ixracatı üçün yeni məhdudiyyətlərin tətbiq olunmasına dair qərarına reaksiyada bildirib ki, rəsmi Seul Yaponiyanın qeyri-ədalətli hərəkətlərinə qətiyyətli cavab verəcəkdir.

Belə bir halda, Cənubi Koreyanın prezidenti Mun Çje İn də Tokionun bu hərəkətinə reaksiyada bu gün nazirlərin iştirakı ilə bu barədə növbədənkənar iclas keçirməlidir.

Tokio ilə Seul arasında siyasi və ticari gərginliklərin davamında Yaponiyanın nazirlər kabineti özünün bugünkü iclasında Cənubi Koreyanı etimadolunası və ticarət üstünlüyünə malik ölkələr siyahısından çıxarıb.

Bu məhdudiyyətlər avqustun 28-dən icra olunacaq.

Cənubi Koreya xalqı da Yaponiyanın bu hərəkətinə cavab olaraq, yapon mallarını boykot edibdir.

Teqlər