Avq 04, 2019 18:19 Asia/Baku
  • Yüzlərlə amerikalı Ağ Ev önündə aksiya keçirib
    Yüzlərlə amerikalı Ağ Ev önündə aksiya keçirib

Yüzlərlə amerikalı Ağ Ev və ABŞ konqresi önündə aksiya keçirərək, silah daşınması sahəsində sərt qanunların tətbiq olunmasını istəyibdir.

"Analar hərəkət tələb edirlər" qrupunun banisi Şannon Vatts Assoşieyted-Press-ə deyib ki, bu qrupa dəstək verən tələbələr və könüllülər dünən gecə qırmızı paltarlar geyinərək, senatı bir daha silah daşınması qanununu qəbul etməyə təşviq etmək üçün aksiya keçiriblər.

Bu aksiya Texasın El-Paso sərhəd şəhərindəki bir satış mərkəzində atışmadan sonra keçirilib və onda 20 nəfər ölüb, onlarla nəfər də yaralanıbdır.

Amerikada vətəndaş hüquqlarını himayə edən qrupların istəmələrinə rəğmən, silah lobbisinin konqresdə və Ağ Ev-dəki nüfuzuna və qüdrətinə görə, bu iki orqan indiyədək heç bir dövrələrdə bu ölkədə silah satışını məhdudlaşdırmaq istiqamətində qanunların islahı üçün bir addım atmayıblar.

Teqlər