Avq 06, 2019 11:56 Asia/Baku
  • Rusiya ordusunun Sibirdəki cəbbəxanasında yanğın baş verib
    Rusiya ordusunun Sibirdəki cəbbəxanasında yanğın baş verib

Rusiya ordusunun Sibirdəki cəbbəxanasında yanğın baş verib. Bir neçə nəfər ölüb və yaralanıbdır.

Dünən günortaçağı Rusiya ordusunun artilleriya bölməsinin Sibirin Krasnoyarsk vilayətində yerləşən cəbbəxanasında baş verən yanğın nəticəsində bir nəfər ölüb, səkkiz nəfər də yaralanıbdır.

Yanğın qədim sursatlara məxsus hüdudlarda baş verib. Orada 25 minə yaxın açılmamış sursat və top mərmisi saxlanır.

Dünənki partlayışlar nəticəsində bu bölgədəki evlərin şüşələri sınıb və top mərmilərinin qəlpələri 15 kilometrlik radiusadək tullanıbdır.

Rusiyanın fövqəladə hallar idarəsinin bir rəsmisi deyibdir ki, yerli sakinlərdən təqribən on bir min nəfər cəbbəxana ətrfındakı evlərdən boşaldılmalıdır.

Rusiyanın müdafiə naziri Seygey Şoyqu öz müavini Dmitri Bulqakovu cəbbəxanadakı yanğının söndürülməsini təşkil etmək üçün Sibirin Krasnoyarsk vilayətində yerləşən hadisə məkanına göndəribdir.

Teqlər