Avq 08, 2019 07:41 Asia/Baku
  • Deytonda Trampa qarşı aksiya keçirilib
    Deytonda Trampa qarşı aksiya keçirilib

Amerika prezidentinin son ölümcül atışmanın baş verdiyi şəhərlərdən birinə səfər etməsilə bir zamanda yüzlərlə etirazçı Donald Trampa qarşı aksiya keçirib.

ABŞ prezidenti Ohayo ştatında yerləşən Deyton şəhərinə səfər zamanı qəzəblənmiş etirazçıların aksiyası ilə üzləşibdir.

Deyton, həmçinin Texas ştatında yerləşən Elpaso şəhəri ötən şənbə və bazar günləri ölümcül atışma səhnələri olublar. Bu iki şəhərdə baş vermiş atışmalarda 31 nəfər ölüb, onlarla nəfər də yaralanıbdır.

Tramp Deytona səfərdə yardım qüvvələri, yaralılar və həlak olanların ailələri ilə görüşüb. Amma etirazçılar Deyton xəstəxanasının qarşısına toplaşaraq, Amerika prezidentinə qarşı aksiya keçiriblər. Onlar silah daşınmasına məhdudiyyətin tətbiq edilməsini istəyiblər.

Etirazçılar Donald Trampı onda ittiham ediblər ki, rasistcəsinə ifadələrinə görə, Amerikada irqi və siyasi çəkişmələrə, həmçinin silahlı zorakılıqların artmasına bais olubdur.

Hər il atışma nəticəsində Amerikanın müxtəlif məntəqələrində minlərlə nəfər ölür və ya yaralanır. Rəsmi məlumatlara görə, Amerikada təqribən 270-300 milyon ədəd odlu silah var. Bu, o deməkdir ki, bu ölkədə adambaşına bir silah düşür.

Amerikada vətəndaş hüquqlarını himayə və müdafiə edən qrupların xahişlərinə rəğmən, silah lobbisinin qüdrətinə görə, indiyədək Amerika hökumətlərindən heç biri bu ölkədə silah satışı məhdudiyyəti barədə qanunlar tətbiq etməyə müvəffəq olmayıbdır.

Amerikanın hazırkı prezidenti Donald Tramp isə amerikalı silah maqnatlarının əsas himayədarlarından biridir.

Teqlər