Avq 08, 2019 10:34 Asia/Baku
  • ABŞ hökumətinin Hörmüz boğazı və Fars Körfəzi barədə müdaxilə mahiyyətli iddiası
    ABŞ hökumətinin Hörmüz boğazı və Fars Körfəzi barədə müdaxilə mahiyyətli iddiası

Amerika nəqliyyat nazirliyinin dənizçilik idarəsi müdaxilə mahiyyətli və beynəlxalq qanunlara zidd bir bəyanatda iddia edibdir ki, Hörmüz boğazı və Fars Körfəzindən keçən gəmilərin naviqasiya və rabitə sistemləri problemlə üzləşə bilərlər.

Amerika nəqliyyat nazirliyinin dənizçilik idarəsi iddia edib ki, son həftələr bəzi gəmilər Fars Körfəzi sularından keçərkən radar sistemlərində problemlə üzləşiblər.

Adı elan olunmayan bir Amerika hərbi rəsmisi bu iddia olunan rabitə pozuntularını İrana aid edərək, iddia edibdir ki, Tehran gəmiləri öz əsas yollarından yayındırmağa çalışır.

ABŞ rəsmilərinin müdaxilə mahiyyətli ifadə və mövqeləri elə bir şəraitdə irəli sürülür ki, Amerikanın Fars Körfəzi sularındakı hərbi iştirakı beynəlxalq qanunlara ziddir.

Amerika Fars Körfəzində hərbi koalisiya yaratmağa çalışdığı bir halda, bu çıxılmaz vəziyyətlə üzləşibdir.

İngiltərədən və sionist rejimdən savayı, Amerikanın heç bir müttəfiqi bu ölkənin həmin koalisiyada iştirak üzrə istəyini qəbul etməyibdir.

Teqlər