Avq 11, 2019 11:09 Asia/Baku
  • Rusiya İdlibin cənubunda terrorçuların mövqelərinin gücləndirilməsi haqda xəbərdarlıq edib
    Rusiya İdlibin cənubunda terrorçuların mövqelərinin gücləndirilməsi haqda xəbərdarlıq edib

Rusiya müdafiə nazirliyi hərbi təchizatlar və şəxslərin İdlibin cənub məntəqələrinə köçürülmələrinə işarə edərək, terrorçuların Suriya ordusuna qarşı mövqelərini gücləndirməyə çalışmalarından xəbər verib.

Rusiyanın Suriyadakı barışıq mərkəzinin direktoru polkovnik Aleksey Bakin bu gün səhərçağı "gərginliyin azaldılması" məntəqəsinin cənubuna çoxlu sayda hərbi təchizatın və 470 silahlı ünsürün köçürülməsinə işarə edərək, deyib: Onlar Suriya ordusu ilə mübarizə istiqamətində öz iştiraklarını artırmaqdadırlar.

Bakin əlavə edib: 120 Təhrirulşam üzvünün və bir neçə zirehli avtomobilin ötürülməsi Hiş məntəqəsində qeydə alınıbdır.

Rus hərbi rəsmi söyləyib: "Əcnad Əlqəfqaz" terror qrupu da 200 silahlı ünsürü və bir neçə zirehli və bomba qoyulmuş avtomobili İdlibdəki ön cəbhyə göndəribdir.

Terrorçuların İdlibdə yerləşən "gərginliyin azaldılması" məntəqəsindəki mövqelərini gücləndirmək üzrə səyləri elə bir haldadır ki, Suriyanın ordusu və xalq qüvvələri son zamanlar terror qruplarını bu məntəqələrdən silmək üzrə əməliyyata başlayıblar.

Teqlər