Avq 15, 2019 08:55 Asia/Baku
  • Filadelfiyada atışma

Amerika mediaları yerli vaxtla dünən axşam bu ölkənin Pensilvaniya ştatının Filadelfiya şəhərində atışmanın baş verməsindən xəbər veriblər.

Amerikalı medialar bildiriblər ki, bir neçə silahlı şəxs Filadelfiya şəhərində polis qüvvələrindən bir qrupuna tərəf atəş açıb.

Bəzi amerikalı medialar narkotik maddələr ilə bağlı fəaliyyətlər və onun bu atışma ilə əlaqəsindən xəbər veriblər.

Filadelfiya polisi hazırda hadisə məkanının ətrafındakı küçələri bağlayıbdır.

Polis atışma baş verən məkanın ətrafındakı məntəqələrin sakinlərini öz mənzillərindən çıxmamağa çağırıb.

 Bu atışmada indiyədək azı altı polis yaralanıb.

Amerika zorakılıq, girovtutma və silahlı hücumlar dalğası ilə üzləşir.

Hər il Ameikanın müxtəlif məntəqələrində atışmalar nəticəsində minlərlə nəfər ölür və yaralanır.