Avq 15, 2019 12:49 Asia/Baku
  • Amerika iqtisadiyyatında durğunluq haqda xəbərdarlıq

Amerikada çıxan bir qəzet bu ölkə iqtisadiyyatında durğunluq haqda xəbərdarlıq edib.

Politiko qəzetinin vebsaytı dünən "Uol Strit" birjasında sövdələşmələr dəyərinin kəskin şəkildə süqut etməsinə işarə edərək, xəbər verib ki, bu şərait Amerika iqtisadiyyatında digər bir durğunluğun baş verməsi barədə xəbərdarlıq edir.

Politiko yazıb: Bu süqut Tramp hökumətinin gələn il ərzində kəskin iqtisadi durğunluğa düçar olacağı barədə nigarançılıqları artırıbdır. Bu vəziyyət 2020-ci il prezident seçkilərində onu əsaslı problemlərlə üzləşdirə bilər.

CNN telekanalı da iyul ayının sonlarında ABŞ prezidenti Donald Trampın, üzərinə durğunluq kölgəsi düşmüş bu ölkə iqtisadiyyatı qarşısındakı münasibətini təhlükəli adlandırıbdır.

İqtisadi analitiklər bu qənaətdədirlər ki, Tramp xüsusən Çin ilə ticarət savaşını qızışdırmaqla Amerika iqtisadiyyatına güclü şok vurub və bu ölkənin maliyyə sistemi onu yığışdırmağa qadir olmayacaqdır.

Teqlər