Avq 15, 2019 15:11 Asia/Baku
  • Amerikada daha bir polis zabiti intihar edib

Amerikanın polis rəsmiləri 2019-cu ildə bu ölkənin polis zabitləri arasında doqquzuncu intihardan xəbər veriblər.

Amerikanın polis rəsmiləri bildiriblər ki, Nyu-York şəhərində 25 ildən çox xidmət keçmişinə malik olan bir polis zabiti yerli vaxtla çərşənbə günü gecə bu şəhərin Kuins bölgəsində yerləşən evində başına atəş açaraq, intihar və xəstəxanaya aparılarkən yolda vəfat edibdir.

Bu hadisədən bir gün öncə digər bir polis məmurunun Nyu-Yorkun Yonkers bölgəsində yerləşən evində intihar etməsi xəbər verilmişdi.

Amerikada polis zabitlərinin intihar etmələrinin qızğın çağında Nyu-Yorkun polis rəisi Ceyms Oneill bu ölkənin polis məmurları arasında psixi sağlamlıq böhranının baş verməsi barədə xəbərdarlıq edibdir.

Statistikalar göstərir ki, Amerikada polis məmurları arasında intihar halları bu ölkənin digər vətəndaşları ilə müqayisədə daha çoxdur.

Ekspertlər Amerikada polis məmurları arasında intihar hallarının sayının yuxarı olmasının səbəbini iş təzyiqləri, həmçinin öz fəaliyyət dairələrinin problemləri ilə mübarizə üçün onların yanında lazımi psixi hazırlığın olmaması bilirlər.

Teqlər