Avq 18, 2019 14:28 Asia/Baku
  • Fransada anti-kapitalizm hərəkatının 40-cı etiraz aksiyası
    Fransada anti-kapitalizm hərəkatının 40-cı etiraz aksiyası

Fransada anti-kapitalizm hərəkatının fəalları G-7 qrupuna üzv altı ölkənin qonaqlarından istəyirlər ki, Fransa xalqının etiraz səsinə səs versinlər.

Fransada ertiraz şənbələrinin sayı indi 40-ı da ötüb keçdi.

Leysan yağışı da bu həftə əhalinin küçələrdəki iştirakını əngəlləyə bilmədi.

Müsahibə: Bizim qırx həftə küçələrdə olmağımız və Fransa hökumətinin heç bir reaksiya verməməsi, böyük biabırçılıqdır. Biz daha Makronun getməsindən başqa heç nə ilə razılaşmayacağıq.

Fransalı 99%-liklər G-7 sammtinə bir neçə gün qalmış ümid edirlər ki, səsləri bu qrupa üzv digər altı ölkənin əhalisinin qulağına çatacaqdır.

Müsahibə: Ümid edirik, 7-lər qrupuna üzv bütün ölkələrdə xalqlar səsimizə səs verəcəklər ki, Fransanın dövlət başçılarının yanlış siyasətlərinin qarşısını ala bilək.

Fransanın daxili işlər nazirliyi bildirib ki, G-7 başçılarına qarşı hər cür kobud aksiyanın keçirilməsilə şiddətlə rəftar edəcəkdir.

Fransa, Almaniya, İtaliya, Yaponiya, Amerika və Kanada bu qrupa üzv yeddi ölkədir.

Müsahibə: Biz kapitalizm quruluşunun hər cür tamahkarlığı və Makronun yanlış siyasətləri qarşısında müqavimət göstərəcəyik.

Fransada anti-kapitalizm hərəkatının fəalları bu ölkə hökumətinin siyasətlərinə qarşı etirazlarının doqquzuncu ayına daxil oldular. Doqquz ay etiraz hökumət tərəfindən repressiyadan savayı, heç bir münasib bir cavab almadı.

40-cı etiraz şənbəsinin, özü də leysan yağışları altında keçirilməsi kapitalizm quruluşuna qarşı çıxanların əzmkarlığını göstərir. Özü də dünyanın yeddi böyük sənaye və kapitalist ölkəsinin Fransada bir araya gələcəyi bir həftədə.