Avq 21, 2019 12:48 Asia/Baku
  • Paşinyan etiraf edib ki, Ermənistanın dövlət idarəçiliyində sağlam düşüncə yoxdur
    Paşinyan etiraf edib ki, Ermənistanın dövlət idarəçiliyində sağlam düşüncə yoxdur

Ermənistanın baş naziri sağlam düşüncənin olmamasını bu ölkənin dövlət idarəçiliyindəki ən mühüm problemlərdən biri adlandırıb.

Nikol Paşinyan Ermənistanın "Kotayk" vilayətində "Mənim addımım" koalisiyasının üzvləri üçün etdiyi çıxışında bu ölkənin dövlət idarəçiliyində sağlam düşüncənin olmamasına toxunub. O, əlavə edib: Hökumətin vəzifəsi budur ki, bu ölkənin milli pul vahidinin dəyərini qorumaq üçün ən yaxşı investisiya həyata keçirsin, zira sağlam düşüncə iqtisadi rəqabətin artırılmasının açarıdır.

Ermənistanın baş naziri sonra Kotayk vilayətinin iqtisadi imkanlarına təkid edib. Bilidirib ki, turizm üzərində sərmayə yatırma, bu ölkə hökumətinin "növbəti prioritetidir".

Nikol Paşinyan hökuməti 2018-ci ildə hakimiyyəti ələ aldlqdan sonra iqtisadi sahədə qənaətbəxş bir fəaliyyətə malik olmayıbdır.

Teqlər