Avq 23, 2019 19:58 Asia/Baku
  • ABŞ İran tankeri ilə həmkarlıq etməmək ilə bağlı özəl gəmiçilik xətlərini sanksiya ilə hədələyib

Amerika İran tankerini müsadirə etmək sahəsində dünya ictimaiyyətinin onunla həmkarlıq etməməsinə reaksiyada hədə-qorxu gələrək bildirib ki, Aralıq dənizində bu tankerə kömək etmək istəyəcək özəl sektorları sanksiya edəcəkdir.

ABŞ hökuməti özəl sektorun İranın "Adrian dərya 1"(Qris1) tankerinə kömək etməsini əngəlləmək üçün son dərəcə aciz bir vəziyyətdə bildiribdir ki, bu İran gəmisinə sahilə yan almaq icazəsi verəcək özəl gəmiçilik sektoruna qarşı sanksiyalar tətbiq edəcək.

İranın "Adrian dərya 1"(Qris1) tankeri 45 gün Cəbəluttariq sularında müsadirədən sonra avqustun 18-də beynəlxalq sulara doğru hərəkətə başladı.

İki milyon barreldən çox İran neftini daşıyan "Adrian dərya 1" tankerinin müsadirəsinin aradan qaldırılması barədə hökm siyasi və media dairələrində Amerika və İngiltərə üçün böyük məğlubiyyət kimi dəyərləndirilibdir.

Teqlər