Avq 24, 2019 12:35 Asia/Baku
  • Fransa polisi yeddilər qrupunun sammitinə etiraz edənlərlə toqquşub
    Fransa polisi yeddilər qrupunun sammitinə etiraz edənlərlə toqquşub

Fransa polisinin yeddilər qrupunun sammitinə etiraz edənlərlə toqquşmasında 4 polis yaralanıb.

Məlumatlara əsasən, Fransa polisinin yeddilər qrupunun sammitinin kənarında, Urvin şəhərində etirazçılarla toqquşmasında 17 nəfər həbs olunub.

Yeddilər qrupunun sammiti bu gün avqustun24-dən avqustun 26-dək Fransanın cənub-qərbində yerləşən Biarritz şəhərində keçirilir.

ABŞ prezidenti Donald Trampın təkvektorluluq siyasətlərinə və öz fikir və tələblərini yeddilər qrupunun digər üzvlərinə qəbul etdirməyə çalışmasına rəğmən, bu qrupun zirvə görüşünün bir çox münaqişənin şahidi olacağı gözlənilir.

 

 

Teqlər