Avq 29, 2019 08:27 Asia/Baku
  • Amerikanın Çin ilə ticarət savaşı şiddətlənib
    Amerikanın Çin ilə ticarət savaşı şiddətlənib

Amerika hökuməti dəyəri 300 milyard dollar olan Çin mallarına tarifi on faizdən 15 faizədək artırıb.

Amerika mətbuatı təşkilatı dünən bildirib ki, bu ölkəyə idxal edilən dəyəri 300 milyard dollar olan Çin mallarına tarif beş faiz artıbdır.

Yeni tariflər Amerika prezidenti Donald Trampın bildirdiyinə görə, sentyabrın birindən icra olunmalıdır.

Amerika prezidenti Çindən idxal olunan mobil telefonlar, noutbuklar, video oyunları və bəzi xas vəsaitlər, geyim və ayaqqabıya rüsumun artırılmasını sentyabrın 15-dək təxirə salıb.

Bundan öncə, yəni avqustun 23-də Çin əyalət şurası dəyəri təqribən 75 milyard dollar olan import Amerika məhsullarına beş faizdən on faizədək rüsumun tətbiq ediləcəyini bildirdi ki, onun bir hissəsi sentyabrın 1-dən, digər bir hissəsi isə sentyabrın 15-dən icra olunacaqdır.

Amerika ilə Çin arasındakı ticarət savaşının yüksəlməsi Birləşmiş Ştatların daxil və xaricində nigarançılıqları artırıbdır.

Amerikanın daxilində iqtisadi şərait Trampın iddiasının əksinə olaraq nigaranedicidir. Onun qənaətincə isə, Çin ilə ticarət savaşı Amerikanın iqtisadi sisteminə heç bir ziyan vurmayacaq.

Amerika iqtisadiyyatında durğunluq bu ölkə birjasının hər üç əsas göstəricisinin üç faizlik azalma ilə üzləşməsinə səbəb olubdur.

Teqlər