Avq 29, 2019 15:10 Asia/Baku
  • London Parisi razılıqsız breksit müzakirələrinə çağırıb
    London Parisi razılıqsız breksit müzakirələrinə çağırıb

İngiltərə hökuməti Parisi bu ölkənin Avropa Birliyindən razılıqsız çıxışı barədə müzakirələrə hazır olmağa çağırıb.

İngiltərənin breksit naziri Stiven Barkli Fransadakı çıxışında London ilə Parisin razılıqsız breksitə və onun təsirlərini azaltmaq üçün təcili ikitərəfli danışıqlara hazır olmaları vacibliyini vurğulayıb.

Bu xəbər İngiltərə kraliçasının baş nazir Boris Consounun bu ölkə parlamentinin fəaliyyətinin dayandırılması xahişini təsdiq etməsindən az sonra yayılıbdır. Conson İngiltərə kraliçasından istəmişdi ki, parlamentin iclaslarını oktyabrın 14-dək dayandırsın.

Beləliklə, İngiltərə parlamentinin nümayəndələri hökuməti Avropa Birliyi ilə razılıqsız breksitdən çəkindirəcək hər cür qərar qəbul etmək üçün yetərincə zamana malik olmayacaqlar.

Conson vəd edibdir ki, oktyabrın 31-dək İngiltərəni Avropa Birliyi ilə razılıqlı və ya razılıqsız şəkildə ondan çıxaracaqdır.

Teqlər