Avq 30, 2019 08:48 Asia/Baku
  • Tramp: 8600 amerikalı qüvvə Əfqanıstanda qalacaq

ABŞ prezidenti Taliban-la razılıq təqdirində bu ölkənin 8600 qüvvəsini Əfqanıstanda saxlamaq niyyətindədir.

Donald Tramp dünən "Foks Nyus" telekanalı ilə müsahibədə deyib: Əfqanıstandakı Amerika qüvvələrinin sayı 8600 nəfərə endiriləcək və sonra Vaşinqton gələcək barədə qərar çıxaracaq, amma hətta Vaşinqtonun Taliban-la razılığa gələcəyi təqdirdə belə, amerikalı hərbçilər Əfqanıstanda qalacaqlar.

Deyilənlərə görə, hazırda Əfqanıstanda 14 min amerikalı qüvvə vardır ki, onların beş min nəfəri qiyama qarşı əməliyyata qoyulubdur.

Taliban qrupu çərşənbə günü bildirdi ki, bir plan üstündə Amerika ilə yekun razılaşma ərəfəsindədir. Həmin plana əsasən, amerikalı qüvvələr Əfqanıstanda çıxmalıdırlar. Onun əvəzində Taliban zəmanət verəcək ki, bu ölkə ifratçı qruplar üçün bir sığınacağa çevrilməyəcəkdir.

Amerika və müttəfiqləri Əfqanıstanda təhlükəsizliyin təmini və terrorizmlə mübarizə bəhanəsilə  2001-ci ildə bu ölkəyə basqın etdilər, amma o zamandan bəri Əfqaınstanda əmin-amansızlıq, terrorizm və narkotik maddələr istehsalı nəzərəçarpacaq dərəcədə artıbdır.

Əfqanıstanın rəsmiləri və xalqı dəfələrlə Amerikanın komandanlığı altında xarici hərbçilərin həmin ölkədə iştirakının davam etməsini tənqid edərək, amerikalıların Əfqanıstandan çıxmalarını istəyiblər.

Teqlər