Sen 03, 2019 12:12 Asia/Baku
  • Bəzi demokrat nümayəndələr Trampın impiçmentinə qarşı çıxıb
    Bəzi demokrat nümayəndələr Trampın impiçmentinə qarşı çıxıb

Amerikanın dəyişkən ştatlarının demokrat nümayəndələri bu ölkə prezidentinin impiçment prosesi ilə müxalifdirlər.

ABŞ konqresinin tabeliyində olan Hil vebsaytı belə qeyd edib: Amerika konqresinin nümayəndələr palatasında demokratların böyük əksəriyyətinin prezident Trampın impiçment edilməsinə dəstək verməsinə rəğmən, dəyişkən ştatlardakı demokrat nümayəndələr bu qanuni prosesi himayə üzrə təzyiqlər qarşısında müqavimət edirlər.

Dəyişkən ştatlar nə demokratların, nə də ki, respublikaçıların qəti səsə malik olmadıqları ştatlardır.

Bununla belə, ABŞ konqresinin nümayəndələr palatasının sədri Nensi Pelosi bu barədə belə deyib: Əgər impiçmentin himayədarları onun nümayəndələr palatasında qəbul olunması üçün lazım olan 218 səsi toplaya bilməzlərsə, impiçment məsələsinin qaldırılması faydasız olacaq. Xüsusən ona görə ki, senatda da bu layihənin qəbul edilməsi 67 səsin toplanmasını tələb edir.

Qeyd edək ki, Pelosinin özü də Trampın impiçment edilməsinə qarşı çıxır.

Teqlər