Sen 07, 2019 19:04 Asia/Baku
  • ABŞ-da nüvə başlığı daşımaq qabiliyyətinə malik dörd raket sınaqdan keçirilib
    ABŞ-da nüvə başlığı daşımaq qabiliyyətinə malik dörd raket sınaqdan keçirilib

Amerika dəniz qüvvələrinə aid bir ədəd sualtı qayıq ballistik raketlər daşımaq qabiliyyətinə malik olan dörd raketi sınaqdan keçirib.

Amerikanın dəniz qüvvələri dünən bir bəyanatda bildirib ki, "USS Nebraska" tipli amerikan sualtı qayıq ballistik raketlər daşımaq qabiliyyətinə malik olan "Trident 2 D5" tipli dörd raketi sınaqdan keçirib.

Amerika dəniz qüvvələrinin bəyanatında deyilir: "USS Nebraska" tipli sualtı qayıq çərşənbə və cümə günləri Kaliforniya ştatında, Sakit Okean sularında iki sınaq həyata keçirib.

Amerika rəsmiləri sualtı qayıqdan atılmaq qabiliyyətinə malik olan ballistik raketləri bu ölkənin strateji nüvə qüvvələrinin önləyicilik qabiliyyətinin bir hissəsi adlandırırlar.

Rusiya Amerikanın bu cür raket sınaqlarını ikitərəfli razılaşmalara zidd hesab edir.

Amerika hökuməti son zamanlar Rusiyanı ikitərəfli razılaşmaları pozmaqda ittiham edərək, INF müqaviləsindən çıxdı.

Teqlər