Sen 12, 2019 12:52 Asia/Baku
  • Ryabkov: Moskva İranın nüvə anlaşması hərəkətlərini dərk edir
    Ryabkov: Moskva İranın nüvə anlaşması hərəkətlərini dərk edir

Rusiya xarici işlər nazirinin müavini deyib: Hərçənd İranın üçüncü nüvə addımı vəziyyətin adiləşməsinə kömək etmir, amma Moskva İranın bu cür hərəkətlərini dərk edir.

Sergey Ryabkov İnterfaks xəbər agentliyi ilə müsahibədə əlavə edib: İranın öz nüvə öhdəliklərini üç mərhələdə azaltmaq üzrə məqsədləri Rusiya üçün tamamilə aydındır və təbiidir ki, bu etaplar nisbətən qısa bir dövrdə geri dönə bilərlər.

Ryabkov söyləyib: Nüvə anlaşmasının taleyinin məsuliyyəti tamamilə Amerikanın üzərinə düşür və əgər amerikalılar İran daxil olmaqla nüvə anlaşmasının bütün üzvlərinin qəbul etdikləri həll yollarını təqdim edə bilərlərsə, demək olar ki, düzgün istiqamətdə dəyişikliklər baş veribdir və əlbəttə, indiyədək belə bir hadisə baş verməyibdir.

İran İslam Respublikası Amerikanın birtərəfli şəkildə nüvə anlalşmasından çıxmasından bir il və avropalıların zəif münasibətlərindən sonra, yəni 2019-cu il mayın 8-dən bəri öz nüvə anlaşması öhdəliklərini azaltmaq istiqamətində üç addım atıbdır.

 

 

Teqlər