Sen 14, 2019 09:09 Asia/Baku
  • Bir sənaye zavodunda böyük yanğın baş verib
    Bir sənaye zavodunda böyük yanğın baş verib

İtaliyanın Avellino şəhərində avtomobil batareyası qutusu istehsal edən böyük bir zavod yanıb.

Yanğının şiddəti o həddə olubdur ki, qatı tüstü qara bulud formasında İtaliyanın cənubunda yerləşən Avellino şəhərinin üzərində görünübdür. Yardım qüvvələri yanğını söndürməklə məşğul olublar. Yerli əhalidən hadisə yerindən uzaqlaşması istənilib. Şəhərdə fövqəladə vəziyyət elan olunub. Hələ yanğının səbəbi, dəymiş xəsarətin miqdarı və ehtimal olunan yaralıların vəziyyəti və sayı barədə məlumat yayılmayıb. Yanğın zavodda bir neçə partlayış nəticəsində baş veribdir.