Sen 14, 2019 11:36 Asia/Baku
  • İngiltərə çətin vəziyyətə düşüb
    İngiltərə çətin vəziyyətə düşüb

Avropa Birliyindən ayrılmaq üzrə referendumun təşkilatçısı İngiltərənin qarışıq durumdan nicat tapması üçün breksit üstündə ikinci referendumun keçirilməsinə dəstək verib.

İngiltərənin keçmiş baş naziri və Avropa Birliyindən ayrılmaq üzrə referendumun təşkilatçısı olan Devid Kameron İngiltərənin qarışıq durumdan nicat tapması üçün breksit üstündə ikinci referendumun keçirilməsinə dəstək verib.

Özü breksitə qurban gedən birinci baş nazir olan Devid Kameron ölkəsinin breksit qalmaqalına düçar olduğunu bildirib. O, deyib ki, ikinci referendum bu şəraitdən xilas olmaq üçün təsirli ola bilər.

Kameron bir seçki vədinə və partiyadaxili təzyiqə əsasən, bu ölkənin Avropa Birliyindən ayrılması üstündə 24 iyun 2016-cı il tarixində bir referendum keçirdi. Amma ayrılığın nəticələrini üzə çıxarmaq üzrə səylərinə rəğmən, öz meylinin əksinə gedərək, 52%-ə yaxın ayrılma seçimini qəbul etdi. Kameron bu referendumun icrasından irəli gələcək problemlərdən xəbərdar olan bir şəxs kimi, dərhal partiya rəhbərliyindən və ona uyğun olaraq, baş nazirlik vəzifəsindən istefa verdi və Tereza Mey mühafizəkarlar partiyasının sədri və İngiltərənin baş naziri oldu. Tereza Mey də bütün səylərinə baxmayaraq, parlamentin qəbul edəcəyi razılaşmanı Avropa Birliyindən ala bilmədi və ağlar gözlə istefa verdi ki, breksitə qurban gedən ikinci baş nazir olmuş olsun. Və indi bu iki baş nazirin mirası İngiltərənin Avropa Birliyinə üzvlüyü ilə düşmən olan Boris Consona çatıbdır. O, hər cür olursa-olsun, bu ölkəni oktyabrın 31-də Avropa Birliyindən çıxarmaq niyyətindədir. Bu addım Tramp tərəfindən son dərəcə himayə olunur və dəfələrlə Consonu onu icra etməyə təşviq edibdir. İngiltərə xalqı Trampın breksitə dəstək verməsini bu ölkə üçün bir təhlükə siqnalı və nigarançılıq mənbəyi hesab edir və bu məsələnin yenidən nəzərdən keçirilməsini istəyir.