Sen 14, 2019 19:51 Asia/Baku
  • Dünyada meşələrin kül olması faciəsi- bu dəfə İndondeziyada
    Dünyada meşələrin kül olması faciəsi- bu dəfə İndondeziyada

Amazon meşələrində yanğın şölələrinin tamamilə çəkilmədiyi bir halda, məlumatlara görə, İndoneziyanın Sumatra adasının tarlaları və meşələrində geniş yanğınlar baş verib. Bu da milyonlarla nəfərin sağlamlığını təhdid edir.

İndoneziya mediaları bu gün bu ölkənin təbii fəlakətlərin azaldılması üzrə milli agentliyinə istinadla xəbər veriblər ki, iyun ayında quraqlığın baş verməsindən bəri İndoneziyanın cənubunda yerləlşən Sumatra adasındakı 285 mindən çox tarla və meşəlik yanıb. Nəticədə indiyədək bir qrup insan ölüb, onlarla nəfər də yaralanıbdır. Bundan əlavə, həmin məntəqənin səmasında yanğından irəli gələn qatı və qara tüstüyə görə, bu məntəqələrin sakinlərindən milyonlarla nəfərin sağlamlığı təhlükəyə düşübdür.

İndoneziya hər il belə günlərdə tarlaların və palma meşələrinin yanması ilə üzləşir ki, ondan irəli gələn çirklənmə cənub-şərqi Asiyanın geniş hissəsini bürüyür.

Bu yanğınlar və bölgənin havasının çirklənməsi əhalinin sağlamlığını hədələməklə yanaşı, İndoneziya üçün siyasi nəticələrə də gətirib çıxarıb və hər il bu ölkə qonşu ölkələrin təzyiqlərinə məruz qalır.

Bu yanğın təkcə Braziliya ilə məhdudlaşmayıb, yer kürəsinin necə deyərlər, ağ ciyərlərinə güclü zərbə vuran Amazon meşələrində yanğının baş verməsindən sonra yerin biomunun sağlamlığının problemini ikiqat artırıbdır.

Amazon meşələri genişliyinə görə, dünya oksigeninin 20 faizini təmin edir.

Amerikanın Harvard və Kolumbiya universitetlərinin dünyadakı yanğınların sağlamlıq nəticələri barədəki araşdırması göstərir ki, 2015-ci ildə bu yanğınlar nəticəsində təqribıən yüz min vaxtsız ölüm halı baş veribdir.