Sen 15, 2019 10:33 Asia/Baku
  • İngiltərə Assanjın həbs müddətini uzadıb
    İngiltərə Assanjın həbs müddətini uzadıb

London məhkəməsi bildirib ki, ifşaçı “Vikiliks” saytının banisi Culian Assanj ABŞ-a ekstradisiyası barədəki məhkəməyədək həbsdə qalmalıdır.

Assanj sentyabrın 22-də Londonun cənub-şərqində yerləşən Belmarş məhbəsindən azad edilməli idi. Amma yeni hökmə əsasən, o, həbsdə qalmaqda davam edəcək.

Assanj Ekvadorun Londondakı səfirliyində 7 il qaldıqdan sonra Ekvador hökuməti tərəfindən mühacirliyinin ləğv olunması ilə aprelin 11-də İngiltərə polisi tərəfindən həbs olundu.

İngiltərənin məhkəmə hakimiyyəti mayın birində hökm çıxardı və Assanjı vəsiqə qoymaqla bağlı qanunları pozmaq ittihamı ilə əlli həftə həbsə məhkum etdi.

Vikiliks saytını 2006-cı ildə təsis etmiş Assanj 2010-cu ildə İraq və Əfqanıstanda mülkilərin Amerika ordusu tərəfindən qırğın edilmələri barədə video və şəkillər yaymaqla beynəlxalq mediaların diqqət mərkəzində durdu.