Sen 15, 2019 16:23 Asia/Baku
  • Etirazların 44-cü həftəsi
    Etirazların 44-cü həftəsi

Sarı jiletlilərin etirazları elə bir halda özünün 44-cü həftəsinə daxil olubdur ki, Paris şəhərindən əlavə, bu həftə Nant şəhərini etirazların əsas ev sahibi kimi təqdim etmək olar.

Nant şəhərində kapitalizm quruluşuna etiraz edənlər ilə Fransa polisi arasında toqquşma.

Fransanın qərbində yerləşən Nant bu həftə etirazların 44-cü həftəsinə ev sahibliyi edirdi.

Nant-dakı toqquşmalar o qədər kəskin olubdur ki, Fransa telekanalları uzun müddətdən sonra öz verilişlərini kəsərək, canlı surətdə onu işıqlandırıblar.

Əlbəttə, Makronun müxalifləri Nantdan əlavə, digər şəhərlərdə, o cümlədən Paris, Lion, Bordo, Marsel, Lil və Strasburqda da küçələrə çıxıblar.

Müsahibə: Biz Makronun siyasətlərilə tamamilə müxalifik. Makron bir ölkəni idarə etməyi bir ticarət şirkətinə sədrlik etməklə səhv salıbdır.

Şənbə günlərinin ardıcıl etirazları sentyabr ayının başlanması ilə tətil əlavəsinə də malik olubdur.

Müsahibə: Biz hökumətin bizim tələblərimiz əsasında əməl edəcəyini gözləyirik, halbuki hökumət bizim haqlı tələblərimizə məhəl qoymayaraq, öz plan və siysətlərini həyata keçirmək istəyir.

Dünən demək olar ki, bütün Parisi iflic etmiş nəqliyyat sistemindəki tətillər təqaüdçülük qanununun islahına görə olubdur.

Proqnoz edilir ki, ilin son aylarında Fransada etirazlar, tətillər və böhranlar artacaq. Zira anti-kapitalizm hərəkatı yavaş-yavaş öz birilliiyinə yaxınlaşır. Bu hərəkatda on bir nəfər ölüb, 14 min nəfərdən çox insan yaralanıb və ya həbs olunubdur. Etirazçılar Fransa prezidentinin istefa verməsini tələb etməkdə davam edirlər.