Sen 16, 2019 17:39 Asia/Baku
  • Çində hakim partiya honq-konqlu etirazçılara dəstək verdiyi üçün Qərbi tənqid edib
    Çində hakim partiya honq-konqlu etirazçılara dəstək verdiyi üçün Qərbi tənqid edib

Çində hakim partiya bildirib ki, qərblilər etirazçılar üçün bir iş görə bilməzlər və onlardan asılılıq nəticəsizdir.

Çində hakim partiyanın bugünkü məlumatında deyilir: Qərb ölkələri bu gün hətta öz problemlərini həll etməyə qadir deyillər, zira bu gün demokratiya və azadlıq kimi Qərb dəyərləri həmin ölkələrdə problemlə üzləşibdir.

Çin kommunist partiyası vurğulayıb ki, honq-konqlu etirazçılar Qərbə vurulmaq yerinə, ana vətən olan Çində iqtisadi fürsətlərdən bəhrələnməli və "qərblilər onların problemlərini həll edə bilərlər" ümidini kənara qoymalıdırlar.

Bu məlumat elə bir şəraitdə yayılıbdır ki, çoxlu sayda etirazçı dünən İngiltərənin Honq-Konqdakı səfirliyi qarşısına toplaşaraq, İngiltərəyə dəstək şüarı veribdir. Onlar İngiltərənin honq-konqlu etirazçılara ciddi dəstək verməsini istəyiblər.

Teqlər