Sen 16, 2019 20:40 Asia/Baku
  • Almaniyada çobanların etirazı
    Almaniyada çobanların etirazı

Almaniyanın müxtəlif nöqtələrindən gəlmiş onlarla çoban Berlində etiraz aksiyası keçirib. Onlar demək istəyiblər ki, hökumətin onların məhsullarına, yəni qoyun yununa məhəl qoymaması bu sənayenin məhvə doğru getməsinə səbəb olubdur. Alman çobanlar simvolik bir hərəkətdə özləri ilə qoyun sürüsünü Almaniya prezident administrasiyasınadək gətiriblər.

Alman çobanların burada, Berlindəki Blov hökumət sarayı qarşısındakı diqqətəlayiq etirazı.

Deyirlər, onların məhsulları, yəni qoyun yunu sənaye carxlarının ayağında zibilliyə çevrilirlər.

Müsahibə: Bizim məhsulumuz, yəni qoyun yunu zibil kimi dəf olunur.

Almaniya ildə səkkiz min ton qoyun yunu istehsal edir, amma sənayeyə və yun geyimlər idxalatına üstünlük vermək, çobanların dediklərinə görə, məişətlərini təhlükəyə salıbdır.

Müsahibə: Biz geyimdə və adyalda istifadə olunan dəyərli məhsul istehsal edirik, amma hökumət Yeni Zelandiya və Avstraliyaya avtomobil və maşın avadanlığı ixrac etməyin əvəzində onlardan qoyun yunu idxal etməyə məcburdur, halbuki biz özümüz bunu istehsal edə bilərik.

Bu özünəməxsus aksiya hətta Almaniya kimi böyük iqtisadiyyatda bir zərərvericini göstərir ki, bəzən kiçik sənayeni məhv edən fasiləsiz idxalata diqqət yetirmək gərəkdir. Özü də ümumdünya ticarət qanununun həyata keçirildiyi, həmçinin idxalat və ticarət üçün o qədər də məhdudiyyətin olmadığı bir ölkədə.