Sen 17, 2019 13:24 Asia/Baku
  • Rusiya Amerikanın İrana qarşı tələsik ittihamını tənqid edib
    Rusiya Amerikanın İrana qarşı tələsik ittihamını tənqid edib

Kreml ABŞ-ın Aramko-ya hücum barədə İrana qarşı sənədsiz ittihamını tənqid edərək, bütün tərəfləri bu hücum barədə tələsik nəticə çıxarmaqdan çəkinməyə çağırıb.

Kreml-in sözçüsü Dmitri Peskov Moskvanın tələsik addımlar və qənaətlər ilə müxalifətinə işarə edərək, əlavə edib: Rusiya prezidenti Vladimir Putin hücumlardan yaranan xəsarətərin aradan qaldırılması üçün ərəbistana köməyə dair bir təklif verməyibdir.

Rusiya xarici işlər nazirliyi də Amerika rəsmilərinin İranın, ərəbistanın Aramko neft obyektlərinə qarşı son dron hücumu ilə əlaqəsinin olmasına dair mənfi təbliğatları və iddialarına cavab verib. Nazirlik İran mövzusu ətrafında çəkişmələri kəskinləşdirmək üçün bu mövzudan sui-istifadəni qəbuledilməz və qeyri-konstruktiv adlandırıb.

Yəmənin ordusu və xalq komitələrinin PUA bölməsi şənbə günü sentyabrın 14-də səudiyyə koalisiyasının Yəməndəki cinayətlərinə cavab olaraq, Səudiyyə Milli Neft Şirkəti- Aramko-nun "Bəqiq" və "Xaris" neftayırma zavodlarını hədəfə aldı.

Teqlər