Sen 19, 2019 19:37 Asia/Baku
  • Lavrov Aramko hadisəsi barədə tərəfsiz təhqiqata təkid edib

Rusiya xarici işlər naziri ərəbistanın Aramko neft təsisatlarına qarşı PUA hücumu barədə tərəfsiz təhqiqatın aparılmasını vurğulayıb.

Rusiya xarici işlər naziri Sergey Lavrov deyib: Aramko hadisəsi barədə başlanmış beynəlxalq təhqiqat tərəfsiz şəkildə aparılmalıdır, zira təsdiq olunmamış və əsassız ittihamvurma sırf olaraq gərginliyin şiddətlənməsinə gətirib çıxaracaq.

Lavrov əlavə edib: Fars Körfəzi ətrafındakı bütün ölkələr bir masa arxasına toplşaraq, gərginliyin azaldılması haqda danışıqlar aparmalıdırlar.

Amerika rəsmiləri öz yalansöyləmələrinin davamında ərəbistanın Aramko neft təsisatlarına qarşı PUA hücumunda İranın rolu barədə əsassız və sənədsiz ittihamlar irəli sürüblər.

 

Teqlər