Sen 20, 2019 20:10 Asia/Baku
  • Twitter ərəbistan və bəə-nin tərəfdarlarının istifadəçi hesablarını bağlayıb

Twitter sosial şəbəkəsi bildirib ki, İran, Qətər və Yəmənə qarşı fəaliyyət göstərən bəə(BƏƏ), ərəbistan və misirdən olan minlərlə istifadəçi hesabını bağlayıbdır.

Twitter-in məlumatında deyilir: 4500-dən çox qanun pozan istifadəçi İran və Qətərə hücumdan əlavə, səudiyyə ərəbistanı rejiminə dəstək istiqamətində yazılar yayırdı.

Bu məlumata görə, misir və əmirliklərdə fəaliyyət göstərən "DotDev" özəl şirkəti bu twitter hesablarını yaradaraq idarə edimiş və əldə olunan sənədlərə əsasən, Twitter bu şirkətin və onunla bağlı olan istifadəçilərin hesablarını həmişəlik olaraq bağlayıbdır.

Twitter həmçinin səud rejiminin xeyrinə təbliğat aparan bu rejimin media təşkilatı ilə əlaqədar altı istifadəçi hesabını, həmçinin ərəbistan vəliəhdi Muhəmməd bin Salmanın keçmiş müşaviri və Camal Qaşıqçının qətlində iştirak etməkdə şübhəli bilinən Səud əl-Qəhtaninin istifadəçi hesabının bağlanmasından xəbər verib.

Səudiyyə rejimini tənqid edən jurnalist Camal Qaşıqçı ötən ilin oktyabrında ərəbistanın İstanbuldakı konsulluğuna girdikdən sonra yoxa çıxdı. Səud rejimi bu macəranı təkzib edir və susurdu. Nəhayət dünya ictimaiyyətinin təzyiqləri altında bu rejim bildirdi ki, Qaşıqçı bu ölkənin konsulluğunda qətlə yetirilibdir.

Teqlər