Sen 27, 2019 08:35 Asia/Baku
  • ABŞ ərəbistana hərbi təchizatlar göndərir
    ABŞ ərəbistana hərbi təchizatlar göndərir

Amerika müdafiə nazirliyi ərəbistanın hava hücumundan müdafiə sistemini gücləndirmək bəhanəsilə bu ölkəyə hərbi təchizatlar göndərməsindən xəbər verib.

Amerika müdafiə nazirliyinin sözçüsü Conatan Hoffmann dünən bildirib ki, ərəbistanın hava hücumundan müdafiə sistemini gücləndirmək, həmçinin bu ölkənin həssas mülki və hərbi infrastrukturlarını qorumaq məqsədilə həmin ölkəyə bir ədəd "Patriot" sistemi, dörd radar sistemi və 200 quru qüvvəsi göndərir.

Hoffmann həmçinin deyib: Vaşinqton ərəbistana göndərilmək üçün iki ədəd Patriot və bir ədəd Tad tipli anti-raket sistemini hazırlamaqdadır. O, bunların PUA və raket təhdidləri qarşısında müdafiəyə ehtiyac olan zaman işlədiləcəyini bildirib.

Yəmənin ordusu və xalq komitələrinin PUA bölməsi 2019-cu il sentyabrın 14-də səud koalisiyasının Yəməndəki cinayətlərinə cavab olaraq, on ədəd yerli pilotsuzla ərəbistanın milli neft şirkətinin Bəqiq və Xəris neftayırma zavodlarını hədəfə aldı.

Teqlər