Okt 03, 2019 09:03 Asia/Baku
  • Fransa yenidən ABŞ-İran danışıqlarına çağırıb
    Fransa yenidən ABŞ-İran danışıqlarına çağırıb

Fransanın xarici işlər naziri yenidən İran və ABŞ arasında danışıqlara çağırıb.

Jan-İv Le-Drian ABŞ-ın qanunsuz şəkildə nüvə anlaşmasından çıxmasına və avropalıların bu beynəlxalq anlaşma qarşısındakı sədaqətsizliklərinə toxunmadan Tehran və Vaşinqtondan istəyibdir ki, İranın nüvə öhdəliklərinin azaldılması üzrə dördüncü addımı atmasına qədər qalmış qısa fürsətdən bir-biriləri ilə müzakirə üçün istifadə etsinlər.

Fransa prezidenti Emmanuel Makron da Nyu-Yorkda BMT Baş Məclisinin 74-cü sessiyası gedişində İran İslam Respublikasının prezidenti Həsən Ruhani və Amerika prezidenti Donald Trampın görüşünü təşkil etmək istəyirdi, lakin İran İslam Respublikasının prezidenti vurğuladı ki, İran maksimum təzyiq və sanksiya atmosferində hətta 5+1 qrupu çərçivəsində belə Amerika ilə müzakirə etməyəcək.

Amerika rəsmiləri, o sıradan prezident Donald Tramp və dövlət katibi Mayk Pompeo son aylar dəfələrlə İranla danışıqlara girmək istədiklərini iddia ediblər.

 

Teqlər