Okt 14, 2019 10:36 Asia/Baku
  • Yaponiya tufanında həlak olanların sayı 35 nəfərə çatıb
    Yaponiya tufanında həlak olanların sayı 35 nəfərə çatıb

Yaponiyanın Kanaqava, Tuçigi, Qonma, Miagi, Saytama, Fokoşima, İvate, Şizveoka, İbaraki və Naqano əyalətlərində Hagibis tufanı nəticəsində azı 35 nəfər həlak olub.

Azı 175 nəfər də yaralanıbdır.

Sürəti saatda 160 kilometrə çatan Hagibis tufanı dağıdıcı daşqınlarla yanaşı cümə axşamı günündən Yaponiyada başlanmışdı. İndi Yaponiyadan keçib gedibdir. Amma həlak olanların axtarışı, həmçinin seldən zərər çəkənlər üçün sığınacaq və qidanın təmin edilməsi davam etməkdədir.

İri Tokio şəhərində və ona yaxın bölgələrdə yüz mindən çox ailə Hagibis tufanına görə, elektrik enerjisindən məhrumdur.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Yaponiyada şiddətli tufan və selə görə, bu ölkənin hökuməti və xalqının kədərinə şərik çıxıbdır.