Okt 20, 2019 15:50 Asia/Baku
  • Fransada 49-cu etiraz şənbəsi
    Fransada 49-cu etiraz şənbəsi

Fransa hökumətinin iqtisadi siyasətinə etiraz edənlər 49-cu ardıcıl şənbə olaraq, Fransa şəhərlərində aksiya keçiriblər.

Yüzlərlə etirazçı bu həftə “Klermon Fran”ı milli paytaxt kimi seçərək, etirazlar mərkəzi kimi orada aksiya keçirib.

Fransa hökumətinin iqtisadi siyasətinə qarşı çıxanların şənbə aksiyası ilə bir zamanda yanğınsöndürənlər, “General Elektrik”in, həmçinin Fransa milli dəmiryolu şirkətinin işçiləri də müxtəlif şəhərlərdə aksiyalar keçiriblər. Parisdə yanğınsöndürənlərin nümayişi polis qüvvələrilə toqquşma ilə nəticələnib. Bir nəfər göz nahiyəsindən yaralanıb.