Okt 20, 2019 20:10 Asia/Baku
  • İtaliya xalqı hökumətin iqtisadi siyasətinə qarşı aksiya keçirib
    İtaliya xalqı hökumətin iqtisadi siyasətinə qarşı aksiya keçirib

Breksitdən sonra Avropa Birliyindən çıxma problemi digər ölkələrdə də ciddi şəkildə izlənməkdədir.

İtaliyada Leqa partiyasının lideri də ölkəsinin Avropa Birliyi ilə büdcə çəkişməsi gedişində dəfələrlə bildiribdir ki, İtaliya öz iqtisadiyyatının taleyini və ona nəzarəti Brüssel lobbiçilərinə tapşıra bilməz.

İtaliya hökuməti müxaliflərindən minlərlə nəfər Romada keçirdiyi aksiyada bu ölkədə növbədənkənar siyasi seçkilərin keçirilməsini istəyib.

Müsahibə: Biz xalqın səsindən irəli gəlməyən və siyasi sövdələşmələr əsasında yaranan hökumətlərin təşkilindən yorulmuşuq.

Aksiyaçılar İtaliya paytaxtının böyük meydanlarından birinə toplaşaraq, sağçı birlik partiyasının lideri Matteo Salvininin hökumətə qayıtmasını istəyiblər.

Müsahibə: Salvini İtaliyada hakimiyyəti ələ almaıdır ki, İtaliyanın vəziyyəti qaydaya düşmüş olsun.

Salvini İtaliyanın sabiq hökumətində baş nazir müavini və daxili işlər naziri kimi fəaliyyət göstərirdi.

Müsahibə: Mən italyanlardan istəyirəm ki, bir neçə ay gözləsinlər. Biz özümüz öz taleyimizi qurmalı və Avropa Birliyinin göstərişlərini yerinə yetirməməliyik.

Müsahibə: İtaliyada xalq mövcud iqtisadi və siyasi vəziyyətdən təngə gəlib.

Təşkilatçılarının sözlərinə görə, 200 min nəfərə yaxın insanın iştirak etdiyi bu aksiyada İtaliyanın keçmiş baş naziri və “İrəli İtaliya” partiyasının lideri Silvio Berluskoni də iştirak edibdir.

Bu aksiyada İtaliyadakı siyasi partiyaların liderləri bir daha bildiriblər ki, bu ölkədəki hazırkı koalisiya hökumətinin ömrü az olacaq və özləri tezliklə səhnəyə qayıdacaqlar.