Okt 21, 2019 09:16 Asia/Baku
  • Qəzzafinin ölümündə Fransanın rolu ifşa olunub
    Qəzzafinin ölümündə Fransanın rolu ifşa olunub

ABŞ-ın keçmiş dövlət katibinə göndərilmiş üç min email Liviyanın sabiq diktatoru Muəmmər Qəzzafinin qətlində Fransanın rolundan söz açır.

Üç min gizli emailin məzmununun üzə çıxması göstərir ki, Fransanın Afrika qitəsinə öz maliyyə hökmranlığını qoruyub saxlamağa və Liviyanın neft hasilatından ən çox pay əldə etməyə təmayülü onun Qəzzafinin devrilməsi üçün bir vasitə kimi NATO-dan istifadə etməsilə nəticələnibdir.

Bu məktublar 2011-ci ilin aprelində Amerikanın keçmiş dövlət katibi Hillari Klintona göndərilibdir.

Liviyanın devrilmiş diktatoru 2011-ci ildə NATO-nun Qəzzafini aparan karvana qarşı hava hücumunda öldürüldü.

 

Teqlər