Okt 22, 2019 13:00 Asia/Baku
  • Sudanlılar Ömər əl-Bəşir partiyasına qarşı aksiya keçiriblər
    Sudanlılar Ömər əl-Bəşir partiyasına qarşı aksiya keçiriblər

Minlərlə sudanlı devrilmiş prezidentin partiyasına qarşı aksiya keçirib.

Minlərlə sudanlı paytaxt Xortumun əl-Hurriyyə meydanında mitinq keçirib. Onlar devrilmiş prezident Ömər əl-Bəşir ilə bağlı olan Milli Konqres partiyasının buraxılmasını tələb ediblər.

Mitinq iştirakçıları həmçinin son aksiyalarda etirazçıları qırğın edən amillərin mühakimə olunmaları və cəzalandırılmalarını tələb ediblər.

Sudan hərbi şurası 2019-cu il aprelin on birində ozamankı prezident Ömər əl-Bəşirə qarşı çevriliş keçirərək, bu ölkədə hakimiyyəti ələ keçirdi.

Xalq etirazlarının davam etməsilə hərbi şuranın üzvləri və müxalifət nəhayət Sudanda keçid hökumətinin yaradılması ilə razılaşdılar və bu hökumət fəaliyyətə başladı.

 

Teqlər