Okt 22, 2019 14:30 Asia/Baku
  • Bölgədə çarəsiz qalan Tramp İranı yenidən təhdid etdi
    Bölgədə çarəsiz qalan Tramp İranı yenidən təhdid etdi

Suriyanı tərk etmək məsələsi üstündə zəiflikdə ittiham edilən ABŞ prezidenti bu ölkə militaristləri qarşısında öz imicini bərpa etmək üçün yenidən İran İslam Respublikasını hədələyib.

Politiko qəzetinin yazdığına görə, ABŞ prezidenti Donald Tramp bu ölkənin nazirlər kabinetinin iclasında Ağ Ev rəsmilərinin İran əleyhinə militarist ritorikalarını davam etdirmək və hədələməklə belə iddia edib: Əgər məcbur olsaq, İrana hələ mövcud olmayan bir zərbə endirərik və ABŞ müharibəyə hazırdır.

Trampın bu sözləri elə bir halda söylənir ki, onun Amerika qüvvələrini Suriyanın şimalından çıxarmaq barədəki qərarı və Ankaranın oktyabrın 9-da Suriyanın şimalına hücumunun başlanması üçün Türkiyə hökuməti ilə üstüörtülü koordinasiyası konqresin hər iki partiyadan olan nümayəndələri tərəfindən tənqid olunubdur.

ABŞ qoşunlarının Suriyadan çıxarılması Trampın seçki vədlərindən idi və belə görünür ki, bu qüvvələrin qarşıya qoyulan hədəflərə çatmaqda uğursuz qalmasından sonra ciddi şəkildə gündəmə gətirilibdir.

ABŞ-ın Suriyanın şərq bölgələrində 19 bazası və təxminən altı min hərbi qüvvəsi var. Bu qüvvələr orada yerləşən terrorçulara dəstək vermək üçün 2015-ci ildən bəri qanunsuz və təcavüzkar şəkildə həmin bölgələrə daxil olublar.

 

Teqlər