Okt 22, 2019 18:06 Asia/Baku
  • Putin və Ərdoğan Suriyanın şimalındakı olayları nəzərdən keçiriblər
    Putin və Ərdoğan Suriyanın şimalındakı olayları nəzərdən keçiriblər

Rusiya və Türkiyə başçılarının Suriyanın şimalındakı olayları nəzərdən keçirmək üzrə müzakirələri Rusiyanın Soçi şəhərində başlanıb.

Rusiya prezidenti Vladimir Putin bu gün bu ölkənin Soçi şəhərində Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğanla görüşdə Suriya və Türkiyənin sərhəd bölgələrinin durumunu həssas adlandırıb və deyib ki, bu barədə müzakirə önəmli və lazımlıdır.

Putin həmçinin ümid etdiyini bildirib ki, Rusiya və Türkiyə son illərdə inkişaf etməkdə olan münasibətlərinə əsasən, bütün problemlərin həllində öz rollarını ifa edəcəklər.

Putinin sözçüsü Dmitri Peskov bundan öncə demişdi ki, Rusiya və Türkiyə prezidentləri arasındakı bugünkü görüşdə Vaşinqton ilə Ankara arasındakı son münaqişələrə nəzər salınacaqdır.

Türkiyə prezidenti Rusiyaya, Putinlə görüşə getməzdən öncə demişdi ki, yalnız kürdlərin Suriyanın şimal bölgələrindən tam şəkildə çıxacaqları halda, Türkiyə ordusunun hərbi əməliyyatı dayandırılacaqdır.

Teqlər