Okt 23, 2019 11:01 Asia/Baku
  • Ermənistana xarici yardımlar azalır
    Ermənistana xarici yardımlar azalır

Ermənistan hökumətinin rəsmi statistikalarına əsasən, xarici ölkələrin bu ölkəyə yardımları azalmaqdadır.

Ermənistanın statistika idarəsi bildirib ki, xarici ölkələrin bu ölkəyə humanitar yardımları cari ilin yanvarından avqustunadək azalaraq, 34 milyon 360 min dollara çatıbdır. Belə bir halda, bu rəqəm ötən ilin oxşar dövründə təqribən 54 milyon 200 min dollar olubdur.

Bu məlumata əsasən, Ermənistan bu dövrdə Rusiyadan təqribən 65 min dollar yardım alıb, halbuki bu rəqəm 2018-ci ilin ilk səkkiz ayında təqribən on bir milyon 130 min dollar olubdur.

 

Teqlər