Okt 23, 2019 21:21 Asia/Baku
  • ABŞ-ın Ukraynadakı müvəqqəti işlər vəkili Trampın əleyhinə şəhadət verib
    ABŞ-ın Ukraynadakı müvəqqəti işlər vəkili Trampın əleyhinə şəhadət verib

ABŞ-ın Ukraynadakı müvəqqəti işlər vəkili “Ukraynageyt” məsələsində Amerika prezidentinin əleyhinə şəhadət verib.

“Politikoqəzetinin məlumatına görə, ABŞ-ın Ukraynadakı müvəqqəti işlər vəkili Uilyam Teylor dünən ABŞ konqresinin nümayəndələr palatasında qapalı qapılar arxasında keçirilən iclasda şəhadət verib ki, Amerika prezidenti Donald Tramp öz seçki rəqibinə qarşı təhqiqata başlaması üçün Ukrayna prezidenti Vladimir Zelenskiyə təzyiq göstərmək istiqamətində çox səy göstəribdir.

Uilyam Teylor deyib ki, Tramp Ukraynaya təhlükəsizlik köməyinin 2020-ci il Amerika prezident seçkilərində demokrat partiyasının ilkin seçkilərinin namizədlərindən olan Co Baydenin biznesi barədə araşdırmadan asılı olduğunu bildirmişdi.  

ABŞ konqresinin nümayəndələr palatasında Trampin impiçmenti üçün təhqiqatın başlanması, onun Ukrayna prezidentindən Co Baydenin oğlu Hanter Baydenin fəaliyyətləri barədə təhqiqat aparmağı istəməsinin aşkar olması macərasından başlandı.

Amerika hökumətinin Trampın nəzərdə tutduğu məsələnin həyata keçirilməsi qarşılığında Ukraynaya maliyyə yardımının şərtləndirilməsinin ifşa olunması “Ukrayna rüsvayçılığı” və ya “Ukraynageyt” adı ilə məşhurlaşdı.

Trampın müxalifləri onu qüdrətdən sui-istifadədə günahlandırırlar. Onlar Trampın impiçment edilməsini tələb edirlər. Hərçənd əvəzində Ağ Ev belə bir impiçmenti qanunsuz adlandırıbdır.

ABŞ konqresinin nümayəndələr palatasının 228 üzvü indiyədək Trampın impiçment edilməsinə dəstək veribdir.

 

 

Teqlər