Okt 26, 2019 08:36 Asia/Baku
  • Neft, Suriyada qalmaq üçün ABŞ-ın yeni məqsədi
    Neft, Suriyada qalmaq üçün ABŞ-ın yeni məqsədi

Brüsseldə- NATO müdafiə nazirlərinin iclasında ABŞ-ın müdafiə naziri amerikalıların Suriyanın neftini qorumaq bəhanəsilə bu ölkədəki iştiraklarının davam edəcəyindən xəbər verib.

ABŞ-ın müdafiə naziri Mark Esper dünən NATO müdafiə nazirlərinin ikigünlük iclasının ikinci günündə bildirib ki, Amerika qüvvələrinin bir hissəsi Suriyada qalacaq.

Esper iddia edib ki, bu hərbçilərin Suriyadakı iştiraklarının səbəbi, İŞİD daxil olmaqla terror qruplarının bu ölkənin neft mənbələrinə əl çatmaları ehtimalının qarşısının alınmasıdır.

O, NATO-nun Suriyadakı iştirak planını bu cür əsaslandırıb: Əgər İŞİD-in əli neft mənbələrinə çata, bu yolla silah əldə edə və döyüşçü satın ala və ya hər hansı digər bir iş görə bilərsə, İŞİD-ın məğlub edilməsi daha çətin olacaqdır.

NATO-nun baş katibi Yens Stoltenberg müxbirlərə deyib ki, bu alyansın müdafiə nazirləri Suriyanın şimal-şərqinin vəziyyəti daxil olmaqla geniş spektrdə məsələlər barədə danışıblar. O, əlavə edib: Müttəfiqlər arasında fərqli baxışlar mövcuddur və biz açıq və şəffaf danışıqlar apardıq, amma biz irəliləyiş və irəliyə doğru hərəkət üzərində təmərküzləşmişik.

Türkiyənin oktyabrın 9-da Ankaranın terrorçu adlandırdığı Suriya kürdləri ilə mübarizə adı altında Suriyanın şimalına hücumu ilə bir zamanda Amerika öz hərbçilərini bu bölgədən çıxarmasından və çoxxərcli və sonsuz savaşlara son qoymasından xəbər verdi.

Hal-hazırda və 9 gün sürən bu hücumdan təqribən iki həftə sonra Vaşinqton İŞİD qarşısında Suriyanın şimal-şərqinin neft yataqlarını qorumaq əsaslandırması ilə öz hərbçilərinin bu ölkədə qalmalarından xəbər verir.

 

 

Teqlər