Okt 26, 2019 12:35 Asia/Baku
  • Quterreş hökumətlərin xalqların tələblərinə diqqət yetirmələrini istəyib
    Quterreş hökumətlərin xalqların tələblərinə diqqət yetirmələrini istəyib

BMT-nin baş katibi toplantı və aksiyalarda zorakılıqdan çəkinməyə təkid edib və hökumətləri xalqların real problemlərinə diqqətə çağırıb.

Antonio Quterreş BMT-də yerləşən müxbirlərin qarşısında deyib: Asiyanın qərbindən tutmuş Latın Amerikasına və Karaib dənizinədək, Avropadan da Afrikaya və Asiyayadək bütün dünyada aksiyalar dalğasının şahidiyik.

BMT-nin baş katibi vurğulayıb: Bəzi etirazlar siyasi tələblərdən irəli gəlir və bəzi aksiyalarda xalq qiymətlərin artmasına, korrupsiyaya və müxtəlif ayrı-seçkilik növlərinə reaksiya verir.

Quterreş sonra vurğulayıb ki, bütün etirazlarda ortaqlıqlar da mövcuddur ki, onların barəsində düşünmək lazımdır. O, deyib ki, xalq ilə siyasi quruluş arasında etimad azalıbdır.

BMT-nin baş katibi İraqın siyasi şəraiti və bu ölkədəki xalq etirazları barədə də nigarançılıq edib.

Teqlər