Okt 27, 2019 09:13 Asia/Baku
  • Tramp Vaşinqton Post qəzetinin reportajını qınayıb

ABŞ prezidenti Vaşinqton Post qəzetinin onun impiçmenti barədəki reportajını tənqid edərək bu barədə heç də nigaran olmadığını bildirib.

İRNA-nın verdiyi məlumata görə, ABŞ prezidenti öz Tvitter səhifəsində yazıb: "Saxta Vaşinqton Post qəzeti heç bir mənbə təqdim etmədən mənim impiçment barədə nigaran qalmağım xüsusunda uydurma nağıllarını davam etdirir." 

Tramp heç bir səhvə yol verməmiş olduğunu iddia edərək müqabil tərəf yəni demokratların nigaran qaldıqlarını bildirib. 

Vaşinqton Post qəzeti cümə günü yazıb ki, Tramp və onun müşavirləri impiçment barədə araşdırmaların Trampı ciddi təhlükə qarşısında qoyduğunu və buna qarşı lazımı gücə malik olmadıqlarını qəbul ediblər.

Bu qəzet demokratların sürətlə faktlar toplamaqda olduqlarını da xatırladıb. 

Teqlər